Qayda və Şərtlər
  1. Ümumi müddəalar
    1. Bu Qayda və Şərtlər legalquiz.az veb-saytından (bundan sonra - veb-sayt) istifadə edən internet istifadəçilərinin veb-sayta daxil olmaq, orada qeydiyyatdan keçmək, sayt vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq və ümumilikdə, veb-saytdan istifadə etmək üzrə olan standart qaydaları, şərtləri, hüquq və öhdəlikləri, habelə qiymət və ödəniş məsələlərini tənizmləyir.
    2. Veb-saytdan hər hansı formada istifadə edən istifadəçilərdən xahiş olunur ki, istifadədən əvvəl bu Qayda və Şərtlərlə tanış olsunlar.
    3. İstifadəçinin veb-saytdan hər hansı formada və yerdə istifadə etməsi (veb-saytda qeydiyyatdan keçib-keçmədiyindən asılı olmayaraq) bu Qayda və Şərtlərə tabe olduğunu və onu qeyd-şərtsiz qəbul etdiyini bildirir.
    4. Bu Qayda və Şərtlərin tələblərinə riayət etməyən istifadəçilərdən tələb olunur ki, onlar veb-saytdan istifadə etməsinlər və dərhal onu bağlasınlar.
  1. Sayt sahibi
    1. Veb-sayt üzrə bütün növ mülkiyyət hüquqları “JG” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1309041622, Hüquqi ünvan: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 147) (bundan sonra – Şirkət) məxsusdur.
    2. Veb-saytın istifadəsi ilə bağlı hər hansı sorğular, təkliflər və ya şikayətlər [email protected] elektron poçt ünvanı vasitəsilə sayt sahibinə bildirilə bilər.
  1. Veb-saytdan istifadə
    1. İstifadəçilər veb-saytın təklif etdiyi xidmətlərdən istifadə etmək məqsədilə veb-saytda tələb olunan məlumatları təqdim etməklə qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı istifadəçi tam və dəqiq məlumat verməli, həmçinin şəxsi kabinetində barəsində olan məlumatların aktuallığına nəzarət etməlidir.
    2. İstifadəçiyə elektron poçt vasitəsilə müvafiq verifikasiya linki göndərilir, həmin linkdən keçməklə istifadəçi verifikasiyası uğurla tamamlanmış hesab olunur və veb-saytın xidmətindən tam istifadə etmək üçün şəxsi kabinetinə giriş əldə edir.
    3. Qeydiyyatdan keçdikdən və veb-saytda şəxsi profilinə daxil olduqdan sonra istifadəçi veb-sayt vasitəsilə təqdim olunan test tapşırıqlarının yerinə yetirilməsinə başlaya bilər.
    4. Test tapşırıqları həm bir qanun, məcəllə və ya eyni sahədən olan qanunlardan ibarət kateqoriyalar üzrə yerləşdirilən ümumi suallar üzrə, həm də həmin qanun, məcəllə və ya eyni sahədən olan qanunlardan ibarət kateqoriyaların daxilində olan altkateqoriya sualları üzrə yerinə yetirilə bilər. Bu altkateqoriyalar bir qanunu və ya hər hansı məcəllənin bir fəslini və ya bölümünü əhatə edir.
    5. Veb-saytda olan hər bir test tapşırığı ümumi ofertalar hesab olunur və orada müvafiq test tapşırığı üzrə sual sayı, ayrılan vaxt və qiymət əks olunmuşdur. Test tapşırığının seçilməsi ofertanın qeyd-şərtsiz qəbul edilməsi sayılır.
    6. Test tapşırıqlarının seçimindən və müvafiq ödənişin edilməsindən sonra açılan səhifədə seçilən saya və növə uyğun ortaya çıxan testlər icazə verilən zaman ərzində yerinə yetirilə bilər.
    7. İstifadəçi testlər həll edilərkən ekranın sol tərəfində yerləşdirilmiş sual panelində suallar arasında asanlıqla naviqasiya edə bilər.
    8. Testlər yekunlaşdırıldıqdan sonra açılan səhifədə istifadəçi yanlış cavablandırdığı suallara icazə verilən zaman ərzinə yenidən nəzər sala bilər. Cavablandırılmamış və ya doğru cavablandırılmış suallar yenidən baxış üçün açıq olmur.
    9. Yanlış cavablandırılmış test tapşırıqlarının həm doğru cavabı, həm də müvafiq normativ akt əsasında izahı və onun müvafiq maddəsinə istinad yanlış cavablandırılmış sualın yenidən nəzərdən keçirilməsi mərhələsində istifadəçiyə təqdim olunur.
    10. İstifadəçi veb-saytda olan şəxsi hesabından yerinə yetirdiyi test tapşırıqlarına dair güncəl məlumatlar əldə edə və bilik səviyyəsinin yoxlanılması məqsədilə statistika əldə edə bilər.
  1. İstifadəçinin vəzifələri
    1. İstifadəçi veb-saytdan istifadə çərçivəsində aşağıda qeyd olunan vəzifələri daşıyır:
      1. Veb-saytın normal fəaliyyətinə mane olmamaq, o cümlədən spam və ya virusların yayılmasına səbəb olmamaq;
      2. başqa bir şəxsin şəxsi kabinetindən istifadə etməmək və/və ya veb-sayt vasitəsilə digər istifadəçinin şəxsi ödəmə məlumatlarına daxil olmamaq;
      3. Şirkətə məxsus olan və lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərindən qeyri-qanuni şəkildə istifadə etməmək, surətini çıxarmamaq, dəyişdirməmək və ya hər hansı digər formada törəməsini yaratmamaq, habelə qeyri-qanuni şəkildə istifadə etməmək;
      4. Veb-saytın hər hansı bir hissəsi üçün tərs layihələndirmə etməmək, mənbə kodunu götürməmək və ayırmamaq, əks şifrləmə etməmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərməmək;
      5. Veb-saytdan əldə edilmiş hər hansı bir məlumatı Şirkətin razılığı olmadan toplamamaq, istifadə etməmək, surətini çıxarmamaq və ya ötürməmək;
      6. Şirkətin əvvəlcədən verilmiş icazəsi olmadan veb-saytdan istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqram və metodlardan istifadə etməmək;
      7. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər vəzifələri daşımaq.
    2. Şirkət tərəfindən göstərilən xidmətlərdən yararlanarkən, istifadəçi bütün şərtlərlə tanış olmağı və razılaşmağı öhdəsinə götürür.
    3. İstifadəçi razılaşır ki, qeydiyyat zamanı qeyd olunmuş (əgər varsa) telefon nömrəsinə və ya elektron poçtuna göndərilən mesajlar, habelə veb-saytın və digər xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi təklifi göndərilə bilər.
    4. Şirkət istifadəçinin məlumatların (qeydiyyat, xidmətlərin göstərilməsi zamanı təqdim olunmuş və digər) doğruluğunun süni intellekt (Sİ) və ya texniki üsullarla yoxlamaq hüququnu özündə saxlayır.
    5. İstifadəçi xidmətlərdən istifadə etməklə bütün riskləri anlayır və qəbul edir ki, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam – mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər mümkündür.
    6. Veb-saytda istifadəsi məhdudlaşdırılmış və ya dayandırılmış istifadəçinin veb-saytın və onun xidmətlərinə giriş üçün başqa istifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi qadağandır.
    7. İstifadəçi burada qeyd olunan vəzifələrin pozulmasına görə Şirkətə dəyən istənilən ziyana görə tam həcmdə məsuliyyət daşıyır.
  1. Məhsul
    1. Veb-saytda yerləşdirilmiş test tapşırıqları tək və çox seçimli beş variantlı suallardan, hə-yox və doğrudur-yanlışdır-qanunvericilikdə tənzimlənmir tipli suallardan, habelə sadə və mürəkkəb tipli uyğunlaşdırma suallarından ibarətdir.
    2. Veb-saytda yerləşdirilmiş test tapşırıqları aşağıdakı formatda təqdim olunur:
      1. Azərbaycan Respublikasının qanunvericilik sistemindən seçilmiş qanun və ya məcəllələr üzrə:
        1. Həmin qanun və ya məcəllələri ümumilikdə əhatə edən test tapşırıqları;
        2. Həmin qanun və ya məcəllələrin ayrı-ayrı fəsil və ya bölmələrini əhatə edən test tapşırıqları.
      2. Eyni sahədən olan qanunların bir yerə toplandığı müxtəlif kateqoriyalar üzrə testlər;
      3. Dövlət qulluğu imtahanının hər iki proqramı üzrə qanunvericilik testləri;
      4. Veb-saytda mövcud olan qanun, məcəllə və ya qanunvericilik kateqoriyaları əsasında istifadəçinin müstəqil seçimi əsasında tərtib edə biləcəyi qarışıq tipli testlər.
    3. Veb-sayt vasitəsilə təqdim olunan məhsulların digər texniki parametrləri aşağıdakı kimidir:
      1. Kateqoriya üzrə testlər – 25 sualdan ibarət olmaqla ayrılmış 30 dəqiqə ərzində;
      2. Altkateqoriya üzrə testlər – 10 sualdan ibarət olmaqla ayrılmış 15 dəqiqə ərzində;
      3. Qarışıq tipli testlər:
        1. 50 sualdan ibarət olmaqla ayrılmış 90 dəqiqə ərzində;
        2. 100 sualdan ibarət olmaqla ayrılmış 180 dəqiqə ərzində.
      4. Dövlət qulluğu imtahanının qanunvericilik hissəsi üzrə testlər – 30 sualdan ibarət olmaqla ayrılmış 45 dəqiqə ərzində.
  1. Qiymət və ödəniş şərtləri
    1. Məhsulların qiymətləri aşağıdakı kimidir:

Məhsulun adı

Qiyməti (manatla)

Bir kateqoriya üzrə 25 test

4

Bir altkateqoriya üzrə 10 test

2

Qarışıq 50 sual

20

Qarışıq 100 sual

35

Dövlət qulluğu

15

    1. Məhsulların qiymətinə bütün vergi və icbari ödənişlər daxildir.
    2. İstifadəçi müvafiq test tapşırığını seçdikdən sonra ödəniş pəncərəsinə yönləndirilir və orada bank kartı məlumatlarını istifadə edərək müvafiq ödənişi edərək testləri işləməyə buraxılır.
  1. Şəxsi məlumatlar və məxfilik şərtləri
    1. Şirkət veb-sayt vasitəsilə istifadəçilərdən alınan şəxsi məlumatların məxfiliyinin qorunub saxlanması siyasətinə riayət edir və həmin məlumatların mühafizəsini yüksək səviyyədə təmin edir.
    2. Bu Qayda və Şərtlərin məqsədləri üçün şəxsi məlumat dedikdə aşağıdakılar nəzərdə tutulur:
      1. birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə aid hər hansı informasiya; və
      2. istifadəçinin cihazında (kompüter, telefon və digər) quraşdırılmış proqram təminatı vasitəsilə avtomatik ötürülən məlumatlar, o cümlədən istifadəçi tərəfindən istifadə olunan IP ünvanı, cookie fayllarının məlumatları, avadanlığın və proqram təminatının texniki göstəriciləri və veb-saytına daxil olma tarixi və vaxtı.
    3. Cookies (məlumatların avtomatik toplanması alətləri) – Cookies istifadəçinin kompüterində, planşet və ya mobil telefonunda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda istifadəçinin IP adresi, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. Şirkət bir çox veb-saytlarda olduğu kimi, veb-sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə Cookie-lərdən və digər texnologiyalardan faydalanır. Şirkətin bəzi tərəfdaşları da veb-saytda Cookies-dən istifadə edirlər.
    4. Veb-saytdan istifadə edərkən istifadəçi Şirkətin məlumatları müəyyən edildiyi kimi istifadəçinin qurğusunda saxlaması və daxil olmasına razılıq verir.
    5. İstifadəçi “Cookie”-lərdən istifadə olunmasını qəbul etmirsə veb-saytı tərk etməli və ya “Cooike” seçimlərini hazırkı Qayda və Şərtlərdə göstərilən qaydada dəyişdirməlidir. “Cookie”-lərə icazə verilmədiyi halda, o cümlədən reklamı məhdudlaşdıran müxtəlif tətbiq və veb-brauzerlər üçün genişlənmlərdən istifadəsi veb-saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.
    6. Marağa Əsaslanan Reklam (Target Ads) – Şirkət istifadəçinin fərdi maraqlarına uyğun material və xidmətlər barədə reklam təqdim etmək məqsədilə onun veb- saytda həyata keçirdiyi onlayn fəaliyyəti barədə məlumat toplaya bilər.
    7. Şirkət tətbiq olunan qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, istifadəçinin şəxsi məlumatlarını onlara əvvəlcədən bildiriş təqdim etmədən üçüncü şəxslərlə paylaşmır.
    8. Veb-sayt vasitəsilə əldə olunan şəxsi məlumatlar aşağıdakı məqsədlər daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq istifadə oluna bilər:
      1. İstifadəçinin və Şirkətin hüquqlarının qorunması (o cümlədən İstifadəçiləri fırıldaqçılardan qorunması);
      2. Veb-saytında istifadəçinin hesabının yaradılması və idarə olunması, o cümlədən Şirkətin xidmətlərinin təqdim edilməsi və istifadəçinin suallarının cavablandırılması;
      3. İstifadəçi veb-saytda qeydiyyatdan keçdiyi təqdirdə e-poçt qutusu və faylların saxlanması daxil, onun hesabına girişi təmin etmək üçün;
      4. bildirişlər, sorğular və məlumatların göndərilməsi, İstifadəçi ilə müqavilələrin yerinə yetirilməsi, istək və sorğularını işləyib hazırlamaq və ünsiyyət qurmaq üçün;
      5. Bazar araşdırılması və digər tədqiqatların aparılması və işlənməsi, xidmət keyfiyyətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
      6. İstifadəçiyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün.
  1. Müəlliflik hüquqları
    1. Veb-sayt Şirkətin mülkiyyətindədir. Veb-saytdakı bütün yazılı və qrafik məlumatlar və materialların, həmçinin əmtəə nişanlarının (loqolar) (bundan sonra – Məzmun) müəllif hüquqları Şirkətə məxsusdur, yaxud Şirkət qeyd edilən məzmunların lisenziyasına malikdir. Məzmun Azərbaycan Respublikasının və həmçinin xarici yurisdiksiyaların müəlliflik hüququ və əlaqəli hüquqlar, əmtəə nişanları, sənaye mülkiyyəti və əqli mülkiyyət sahəsində digər qanunvericilik aktları çərçivəsində, həmçinin beynəlxalq konvensiyalara əsasən qorunur.
    2. Veb-saytda təqdim olunan Məzmun yalnız şəxsi istifadə üçündür və məzmunun kommersiya məqsədləri üçün hər hansı digər istifadəsi qadağandır. Məzmunun Şirkətin əvvəlcədən yazılı razılığı olmadan kommersiya məqsədlər üçün nüsxələrinin çıxarılması, foto-şəkillərinin çəkilməsi, çoxaldılması və ya başqa bir şəkildə yayılması qadağandır.
    3. Veb-saytdakı müəlliflik hüququ haqqında qanunlarla qorunan Məzmun materialları yalnız müəlliflərin və ya müəlliflik hüquqları sahiblərinin tələb etdiyi şərtlərə və öhdəliklərə uyğun olaraq yenidən çoxaldıla və yayıla bilər.
    4. İstifadəçilərin aşağıdakı fəaliyyəti qadağan edilir:
      1. hər hansı Məzmun materialının satışı və ya digər kommersiya fəaliyyətində istifadəsi;
      2. Məzmun materiallarından Şirkətin maraqlarına zərər vuran və ya zərər vura biləcək hər hansı bir şəkildə istifadə;
      3. istifadəçilərin veb-saytdan istifadəsinə zərər vuran hər hansı bir şəkildə istifadə;
      4. veb-saytdan müvafiq qanun və qaydalara zidd olaraq və ya hər hansı formada veb-sayta, istənilən şəxsə və ya sahibkarlıq subyektinə zərər vura biləcək şəkildə istifadə;
      5. veb-saytla əlaqəli istənilən məlumatların çıxarılması, toplanması, ötürülməsi və ya digər oxşar fəaliyyətlər;
      6. hər hansı reklam və ya marketinq fəaliyyəti ilə məşğul olmaq üçün veb-saytdan istifadə.
  1. Tətbiq olunan hüquq və mübahisələrin həlli
    1. Bu Qayda və Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tərtib olunur və təfsir olunacaqdır. Bu Qayda və Şərtlərdən irəli gələn və ya ortaya çıxan istənilən məsələ Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasnın məhkəmələri tərəfindən həll olunacaq.
  1. Hüquqi qüvvə və dəyişikliklər
    1. Bu Qayda və Şərtlər veb-saytda yerləşdirildiyi tarixdən və veb-saytda istifadəçilər üçün əlçatan olduğu vaxtdan hüquqi qüvvəyə minir və Şirkət tərəfindən birtərəfli qaydada ləğv edildiyi və ya dəyişdirildiyi tarixə qədər hüquqi qüvvəsini saxlayır.
    2. Şirkət bu Qayda və Şərtlərə birtərəfli qaydada istənilən vaxt əlavə və ya dəyişikliklər edə, yaxud hazırkı Qayda və Şərtləri hüquqi qüvvəsinə xitam verərək yeni qaydalar müəyyən edə bilər.