Kazuslar
Həyat və sağlamlıq əleyhinə törədilmiş cinayət əməlinin hüquqi-tövsifi

Asim (bundan sonra "Təqsirləndirilən şəxs", "Məhkum" və ya öz adı ilə adlandırılacaq) "Koroğlu" metrostansiyasının yaxınlığında idarə etdiyi avtomobilində müştəri gözləyən zaman həmkəndlisi, uşaqlıqdan tanıdığı Raqifi (bundan sonra "Zərərçəkmiş" və ya öz adı ilə adlandırılacaq) və digər taksi sürücüsünü yanına çağıraraq onların birlikdə işləməli olduqlarını məsləhət gördükdə Raqif irad bildirdiyi üçün həmkəndlilər arasında mübahisə yaranmışdır. Mübahisə bir qədər qızışma ərəfəsinə gəlsə də, ətrafdakıların köməkliyi ilə onları aralamaq mümkün olmuşd...

  • Qiymət
    ₼18
  • Minimum söz sayı
    700
  • Hüquq sahəsi
    Cinayət hüququ
Valideynlik hüququndan məhrumetmə

Solmaz Vəliyeva ("iddiaçı") və Rəhim Əhmədov ("cavabdeh") rəsmi nikaha daxil olmuş və onların birgə nikahından Səlim və Əmirxan adlı azyaşlı uşaqları vardır. 9 yanvar 2020-ci il tarixində məhkəmə tərəfindən onların nikahı pozulmuş və uşaqlar ananın himayəsinə verilmiş, ataya isə aliment öhdəliyi təyin olunmuşdur. Daha sonra Rəhim uşaqları ilə görüşə bilmək üçün məhkəmədə iddia qaldırmış və məhkəmə Rəhimin atalıq hüquqlarını təmin etmək üçün şənbə və bazar günlərinin övladları ilə görüş günləri olmasını təyin etmişdir. Qətnamənin qəbulundan 1 ay sonra Rəhim keçmiş həyat yoldaşına qarşı döymə in...

  • Qiymət
    ₼10
  • Minimum söz sayı
    500
  • Hüquq sahəsi
    Ailə hüququ
Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi

Coşqunun artıq 6 ildir ki rəhbər vəzifələrin birində işçi olaraq çalışdığı Zəmanət ASC kredit təşkilatı ("işəgötürən") ilə bağladığı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Coşqun onunla bağlanılmış əmək müqaviləsinə qanuni əsas olmadan xitam verildiyini iddia edərək məhkəməyə müraciət etmiş və nəticədə, məhkəmə işəgötürənin Coşqunla bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə riayət etmədən xitam verildiyi qənaətinə gəlmiş və Coşqunun əvvəlki işinə bərpa olunmasına dair qətnamə qəbul etmişdir....

  • Qiymət
    ₼15
  • Minimum söz sayı
    500
  • Hüquq sahəsi
    Əmək hüququ
Vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina

Əliyə və onun ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nəsimi rayonunda yerləşən mənzil müvəqqəti sığınacaq olaraq verilmişdir. Əli 9 may 2022-ci il tarixdə vəfat etmişdir və onun 3 vərəsəsi: arvadı Əzizə, qızları - Leyla, Nəzrin var. Əzizə miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən "miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməməsi" əsası ilə imtina edilmiş, bu barədə ona 6 dekabr 2022-ci il tarixli imtina məktubu təqdim ed...

  • Qiymət
    ₼10
  • Minimum söz sayı
    500
  • Hüquq sahəsi
    Mülki hüquq
Mülkiyyət əleyhinə törədilmiş cinayət əməlinin hüquqi-tövsifi

Arif yaşadığı evin yaxınlığında yerləşən qızıl-zinət əşyalarının satıldığı "Almaz" adlı mağazadan qızıl-zinət əşyalarını gizli talamaq məqsədilə əvvəlcədən tanıdığı Cavid ilə razılığa gəlir. Bununla yanaşı, o, Cavidə talamanı həyata keçirdiyi müddətdə atasına məxsus Mercedes markalı avtomobillə mağazanın çölündə onu gözləyəcəyini, dəyərli əşyaları taladıqdan sonra ərazidən dərhal uzaqlaşacaqlarını, eyni zamanda dəyərli əşyaların saxlanmasını, gizlədilməsini və satışını həyata keçirəcəyi barədə vədlər vermişdir....

  • Qiymət
    ₼20
  • Minimum söz sayı
    500
  • Hüquq sahəsi
    Cinayət hüququ
Həyat və sağlamlıq əleyhinə törədilmiş cinayət əməlinin hüquqi-tövsifi

Vəliyev Samir Ramiz oğlu birgə yaşadığı qardaşı Vəliyev Ramin Ramiz oğluna qarşı ondan fərqli olaraq işlə təmin olunmasına, valideynləri tərəfindən sonuncuya daha artıq diqqət yetirərək ayrıca yeni yaşayış yeri və ailə həyatının qurulmasına maddi köməklik etmək niyyətlərində olduqlarına görə həsəd və paxıllıq hissi keçirmişdir.

 

Bir gün qardaşının olduğu otağa daxil olan Samir ondan pultu istəyən zaman Ramin pultu onun üzərinə tullamışdır. Pult Samirin yaralı ayağına dəyərək onu incitmiş və bundan hiddətlənən Samir mənzilə gedərək or...

  • Qiymət
    ₼20
  • Minimum söz sayı
    500
  • Hüquq sahəsi
    Cinayət hüququ